2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Anar İlyaz oğlu Məmmədov Tərtər rayonunun Kəbirli kəndində şəhid Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
"Unikal" xəbər verir ki, şəhidimiz Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub. İki qız övladı yadigar qalıb.