Son 24 saat ərzində Ukrayna silahlı qüvvələri Rusiyanın Kursk vilayətində daha iki kəndi ələ keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Məlumata görə, bunlar Sucan rayonunun cənubunda yerləşən Plexovo və Spalnoe kəndləridir.
Toqquşma faktını NASA peykləri tərəfindən qeydə alınan məlumatlar da təsdiqləyir. Rayon mərkəzinin yaxınlığında döyüşlər davam edir.
Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl 74 Kursk yaşayış məntəqəsinin Ukraynanın nəzarətinə keçdiyi barədə məlumat vermişdi.
Ağarza Elçinoğlu