İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 439 564 vahid artıb və bu il avqustun 1-nə 1 841 479 olub.
"Unikal" xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 428 791 vahid artaraq 968 713 təşkil edib.