Banqladeşdə hökumət əleyhinə etirazlar səbəbilə ölkədən Hindistana gedən keçmiş baş nazir Şeyx Hasina Vacid daha iki qətl hadisəsində şübhəli bilinir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hasina 2015-ci ildə paytaxt Dəkkənin Uttara rayonunda vəkilin yoxa çıxması və Kafrul rayonunda tələbə Faizul İslam Rajonun qətli ilə bağlı işlərdə şübhəli şəxs qismində göstərilib.
Hazırda fakt araşdırılır.