Azərbaycanda minə yaxın insan donor orqanı gözləyir.
"Unikal" xəbər verir ki, hər il dünyada minlərlə insan orqan transplantasiyası sayəsində xilas olur. Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir?
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Azər Dəmirovun sözlərinə görə, Azərbaycanda meyit donorlarından istifadə üçün müəyyən tələblər mövcuddur.
Qeyd edək ki, 2023-cü ildə ölkəmizdə 269 orqan transplantasiyası əməliyyatı icra edilib.