İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batanlardan sonuncusu - 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun meyiti avtomobilin çaya düşdüyü yerdən təxminən 7 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Unikal" xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

***

15:33

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan daha bir şəxsin meyiti tapılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün həmin avtomobilin digər sərnişinin də meyiti kanaldan tapılmışdı.

Seymur Əli