Yevlaxda maşın vuran piyada qadının kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, bu 1985-ci ildə anadan olan Abbasova Vəsilə Ələmdar qızıdır.

Qeyd edək ki, həkimlər çoxsaylı bədən xəsarətləri və sınıqları olan qadının hazırki vəziyyətini orta ağır qiymətləndirir.

***23:42
Yevlaxda piyada qadını maşın vurub

 "Unikal"ın məlumatına görə, hadisə Salahlı kəndi ərazisindən keçən magistral yolda baş verib. Avtomobil yolu keçmək istəyən qadını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov