Vətəndaşlar Diaqnoz Tibb Mərkəzinin baş həkiminə təşəkkür məktubları yazırlar. Qürurla deyə bilərik ki, Azərbaycanda sağlamlığımızın qayğısına qalan belə bir xəstəxana var.
"Unikal" xəbər verir ki, belə vətəndaşlardan biri Tahirə Şahbazova məktubunda mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib:
“Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov Cənablarına minnətdarlığımı bildirirəm.
Səhhətimdə yaranan problemlərlə bağlı Diaqnoz Tibb Mərkəzinə müraciət etdim və Cərrah Dr. Məhəmməd Ramazanovun səyi nəticəsində mənim üzərimdə aparılan əməliyyat çox uğurla keçdi.
Bir müddət burada müalicə olunduqdan sonra evə qayıtdım. İndi özümü çox gümrah hiss edirəm. Düzgün diaqnoza görə Həkim-Radioloq T.ü.f.d. Dr. Aydın Mirzəyev və KT texniki Vəfa Nəsirovaya, sağlamlığımın bərpasında əməyi olan Cərrah Dr. Məhəmməd Ramazanov və Cərrahiyyə şöbəsinin Baş Tibb Bacısı Kəmalə Əliyevaya təşəkkürümü bildirirəm.
Hörmətli Ələddin həkim, Sizin rəhbərlik etdiyiniz DTM-də çalışan məsuliyyətli, peşəkar, təcrübəli tibb işçilərinə minnətdarlığımı bildirirəm. Klinikanıza uğurlar arzu edirəm”.