Fələstinin "HƏMAS" hərəkatı ABŞ-nin İsraillə atəşkəs razılaşmasının təklif etdiyi yeni variantı rədd edib.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi hərəkatın açıqlamasına istinadən bildirib.
Məlumata əsasən, buna səbəb razilaşmada Fələstin hərəkatının daha əvvəl ifadə etdiyi şərtlərin olmamasıdır.
"Hərəkat bəyanatında bildirib ki, son təklif əvvəlki variantdan əhəmiyyətli dərəcədə fərqlənir, prinsipcə razılaşdılar, yəni onu qəbul etməyə hazır deyillər", - deyə bildirilib.