Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal"ın məlumatına görə, təltif olunanlar arasında Dövlət Sərhəd Xidmətinin şəhid hərbi qulluqçuları da yer alıb.
Belə ki, Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Lənkəranda ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
Fotoda - Gizir Əliyev Rüfət Fizuli oğlu
Fotoda - Mayor Baxışlı Baxış Elşən oğlu
Fotoda - Əsgər Nağıyev Əli Elşən oğlu
Gülayə Mecid