Bütün Livanda elektrik enerjisi kəsilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasının 90%-nə nəzarət edən "Électricité du Liban" enerji şirkəti məlumat yayıb.
Dövlət şirkəti qeyd edib ki, ölkəni enerji ilə təmin edən “Az-Zəhrani” elektrik stansiyalarının sonuncu qrupu onun anbarlarında yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə sıradan çıxıb. Bu, Livanın bütün ərazisinin işıqsız qalmasına səbəb olub.