"Ukrayna Silahlı Qüvvələrinin çoxlu sayda hərbi qulluqçusu Kursk istiqamətində məhv edilib, vəziyyət nəzarət altındadır".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.
"Düşmən gecə-gündüz mənim bölməmin yerləşdiyi ərazilərə keçməyə çalışsa da, buna nail ola bilməyib. Düşmənin xeyli sayda əsgəri məhv edilib. Bu gün bir zirehli döyüş maşını məhv olunub", - o bildirib.
Alaudinov aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi üzrə hərbi əməliyyatlar davam edir.