Avqustun 19-da Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib. 

"Unikal"ın məlumatına görə, xidməti vəzifələrini icra edərkən polis əməkdaşının halı qəflətən pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib. 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.