Rusiya prezidenti Vladimir Putin Kremldə Rusiya Federasiyasında rəsmi səfərdə olan Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş Moskva Kremlinin nümayəndəliyində baş tutub. Li Tsyan Rusiyaya Rusiyanın baş naziri Mixail Mişustinin dəvəti ilə gəlib.
Rusiya tərəfdən danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, baş nazirin müavini Dmitri Çernışenko və Rusiyanın Çindəki səfiri İqor Morqulov iştirak edir.