Rusiyanın Kamçatka vilayətində 6,1 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilir ki, zəlzələ ocağı 39 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda olub. Dağıntı və tələfat yoxdur.