İran Silahlı Qüvvələrinin Baş Qərargahı "Fars" agentliyinin İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı məlumatını təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
"Fars agentliyinin helikopterin qəzaya uğramasının amillərindən birinin təhlükəsizlik protokollarına zidd olaraq daha iki sərnişinin olması, buna görə helikopterin lazımi hündürlüyü əldə etmək üçün kifayət qədər gücə malik olmaması barədə məlumatı yalandır", - bəyanatda bildirilir.
Qeyd edək ki, "Fars" agentliyi təyyarənin qəzaya uğramasının səbəbinin hava şəraiti və sərnişinlərin sayının həddi aşdığını, vertolyotun lazımi hündürlüyə çata bilmədiyini və dumanlı şəraitdə dağa çırpıldığını yazıb.
Xatırladaq ki, mayın 19-da prezident Rəisi, xarici işlər naziri Abdullahiyan və yerli hakimiyyət nümayəndələrini daşıyan helikopter İranın Şərqi Azərbaycan əyalətində qəzaya uğrayıb. Nəticədə helikopterin heyəti və bütün sərnişinlər həlak olub.
Ağarza Elçinoğlu