Ermənistan avqustun 21-dən etibarən bütün növ gəmiricilərin və primatların ölkəyə gətirilməsini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
"Meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə avqustun 21-dən Ermənistan Respublikasının ərazisindən bütün növ gəmiricilərin və bütün növ primatların ölkəyə gətirilməsi və tranzit daşınması qadağan edilib", - məlumatda deyilir.
Qərar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəqiqləşdirmələr verilənə qədər qüvvədə qalacaq.
Seymur Əli