SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) öz rekordunu yenilədi! 

"Unikal" xəbər verir ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balını BANM-ın İnformasiya təhlükəsizliyi ixtisası toplayıb. 

Dövlət İmtahan Mərkəzinin 2024/2025-ci tədris ili üçün açıqladığı nəticələrə əsasən, İnformasiya təhlükəsizliyi ixtisasına keçid 687 bal oldu. Ölkə üzrə qeydə alınmış ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya liderlik edir. 

Əvvəlki rekord isə 685 bal idi. 

***09:38

Azərbaycan universitetləri üzrə ən yüksək keçid balı Bakı Ali Neft Məktəbində qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə universitetin rektoru Elmar Qasımov paylaşım edib.

O bildirib ki, BANM-in İnformasiya təhlükəsizliyi ixtisası 687 balla ən yüksək göstərici olub.

Rektorun sözlərinə görə, BANM illərdir ki, bu siyahıya başçılıq edir. Belə ki, bundan öncə rekord 685 bal olub.