ABŞ-Meksika sərhədində saxta qarpızların içərisində təxminən 6 milyon dollar dəyərində "patı" (Metamfetamin. -red) aşkar edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi rəsmilərinin bildirdiyinə görə, bu yaxınlarda Kaliforniya ştatının San-Dieqo şəhərindəki Otay Mesa limanında parlaq yaşıl qarpızları simulyasiya edən paketlərdə, dildə kristal metamfetamin kimi tanınan, təxminən 2 ton güclü stimullaşdırıcı aşkar edilib.

Bildirilir ki, son dövrlərdə metamfetamin müsadirələri meyvə və tərəvəzin daşınmasının Meksika kartellərinin ABŞ-yə narkotik qaçaqmalçılığı üçün istifadə etdikləri ən yeni üsullardan biri olduğunu göstərir.