Ağ Ev rəhbəri Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Bayden ABŞ-nin hava hücumundan müdafiə sistemləri üçün raketləri Ukraynaya göndərəcəyinə söz verib. Bundan əlavə, hərbi yardım siyahısına pilotsuz uçuş aparatları və döyüş sursatları da daxildir.