ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi seçki kampaniyasının dayandırıldığını açıqlayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, həmçinin ABŞ prezidentliyi yarışında Donald Trampı dəstəklədiyini açıqlayıb.
Kiçik Kennedi bu barədə Arizonada keçirdiyi mətbuat konfransında bildirib.
“Mən kampaniyamı ləğv etmirəm, sadəcə onu dayandırıram. Mənim adım əksər ştatlarda seçki bülletenlərində qalacaq”, - deyə siyasətçi bildirib.
Kiçik Kennedi qeyd edib ki, o, seçkilərdəki qələbəsinin “mərhəmətsiz, sistemli senzura və mediaya nəzarət” sayəsində real olacağına inanmır.