“Axmat” xüsusi təyinatlı əsgərləri son 24 saat ərzində Kursk vilayətində 10 ukraynalı əsgəri əsir götürüb.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, xüsusi təyinatlı “Axmat” komandiri Apta Alaudinov məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Alaudinov əsir götürülən ukraynalı əsgərlərin necə təxliyə edildiyi barədə məlumat verib.
Fidan Nuriyeva