"Yaxın Şərq böyük bir partlayış astanasındadır, Avropanın ortasında ağır müharibə gedir və biz iki müttəfiqimizlə kəskin toqquşmadayıq, bizi artıq bir dəfə məhv edən yeni müharibə gözləyir".
"Unikal" xəbər verir ki, bu barədə erməni politoloq Vahe Hovhannisyan açıqlayıb.
Onun sözlərinə görə, bunun bir nömrəli günahkarı Paşinyan hökumətidir: "Bu hakimiyyət ölkəyə tarixi fəlakətlər gətirib. Biz bu gün mənasız dövlətik və buna görə bizi bağışlamayacaqlar, o mənasızlıqdan istifadə edəcəklər...
Cəmiyyətimizdə ictimai hisslər var ki, dövlətçiliyimiz yoxdur, bu o deməkdir ki, biz o vəziyyətə gələ bilərik. Gəlin özümüzə yan tərəfdən baxmağa çalışaq. Müharibədən sonra bu xalq ayağa qalxa bilmir, 44 günlük müharibədən 4 il keçir və bu xalqın seçilmiş məmurları öz millətləri üçün müharibədən sonra yenidənqurma layihəsi hazırlaya bilmirlər".
Ağarza Elçinoğlu