Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə kütləvi hücumunu şərh edib.
"Unikal" xəbər verir ki, o, "Telegram" kanalında bunu “ən güclü zərbələrdən biri” adlandırıb və Qərbi Rusiyanın dərinliklərində hücumlar üçün uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyəti aradan qaldırmağa çağırıb.
Siyasətçi videomüraciətində birləşmiş zərbə zamanı Rusiyanın yüzdən çox müxtəlif tipli raket və PUA-dan istifadə etdiyini vurğulayıb. Hücum nəticəsində enerji sektorunda külli miqdarda ziyanın qeydə alındığını bildirib.
"Və hər bir lider, bizim hər bir tərəfdaşımız bütün bu müharibəni ədalətli şəkildə dayandırmaq üçün hansı güclü qərarların lazım olduğunu bilir", - deyə Zelenski ifadə edib.
Gülayə Mecid