"Belarus ordusu təlimlər adı altında Belarus-Ukrayna sərhədində əhəmiyyətli qüvvələr cəmləşdirib".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, Qomel vilayətində Belarus Respublikası Silahlı Qüvvələrinin avadanlıqları, tankları, artilleriyası, MLRS və hava hücumundan müdafiə vasitələri, həmçinin Vaqner PMC-nin yaraqlıları aşkarlanıb.
"Biz Belarus rəsmilərini Moskvanın təzyiqi altında öz ölkələri üçün faciəli səhvlərə yol verməməyə və onun silahlı qüvvələrini qeyri-dost hərəkətlərini dayandırmağa çağırırıq", - Ukrayna XİN-in bəyanatında deyilir.
Gülayə Mecid