"Bu gün Liviyada avropalı qalmayıb, yalnız türklər və ruslar var".
"Unikal" xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbəri Josep Borrell bildirib.
O, Şimali Afrikada Avropa blokunun təsirinin zəifləməsindən narahatlığını bildirib: "Afrikada baş verənlərdən narahat olmalıyıq. Mən Brüsselə təzə gələndə o vaxt Liviyada fransızlar və italyanlar var idi. Həmişə bir-birləri ilə yaxşı yola getmirdilər, amma orada idilər. Bu gün Liviyada avropalı qalmayıb, yalnız türklər və ruslar var".
Qeyd edilib ki, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, eləcə də Rusiya Şimali Afrika və qitənin digər dövlətləri ilə iqtisadi və siyasi sahədə işləri intensivləşdirib. Avropa Birliyi onların təsirinə qarşı durmağa çalışır.
Ağarza Elçinoğlu