Efiopiyanın şimalındakı Amhara əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 23 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “France-Presse” agentliyi təbii fəlakətlərin qarşısının alınması üzrə regional idarəyə istinadla məlumat yayıb. Daha əvvəl 10 nəfərin öldüyü bildirilmişdi.
Qeyd edək ki, avqustun 24-ü axşam saatlarında Efiopiyanın şimal bölgəsində torpaq sürüşməsi baş verib. Təbii fəlakətlə əlaqədar 2,7 mindən çox insan təxliyə edilib.
Bölgədə əməliyyat-axtarış tədbirləri aparılır.