Kolumbiyada yanacaq təchizatı ilə bağlı problemlər səbəbindən bəzi aviaşirkətlər planlaşdırılan uçuşları ləğv etməli olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ökənin aparıcı hava yolu şirkətlərindən biri olan "Avianca" yanacaq böhranını əsas gətirərək 4-ü beynəlxalq olmaqla ümumilikdə 69 reysin ləğv edildiyini açıqlayıb. Bildirilir ki, böhran davam edərsə, şirkət sabah daha 108 reysi ləğv edə bilər.
"Avianca" ilə yanaşı, "Latam" aviaşirkəti də oxşar bəyanatla çıxış edərək sabahdan etibarən 36 reysi ləğv edəcəyini açıqlayıb. Hər iki şirkət sərnişinlərinə istəkləri əsasında pulsuz bilet dəyişdirmə və ya 1 il ərzində tam geri ödəmə təklif etdiklərini açıqlayıb.
Gülayə Mecid