Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Kursk vilayətinin Sudja şəhərinə sərhədi keçərək qanunsuz daxil olan jurnalistlərə qarşı cinayət işi açıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Almaniyanın "Deutsche Welle" yayım korporasiyasının müxbiri Nikolas Saymon Konolli və Ukraynanın “1+1” telekanalının müxbiri Nataliya Naqornaya qarşı iş başlanıb.
FSB-nin məlumatına görə, bu jurnalistlər Sudja ərazisində videolar çəkirmiş.
Konolli və Naqornaya həbs olunarsa, onları 5 ilə qədər həbs gözləyir.
Avqustun 6-dan Rusiya silahlı qüvvələri Kursk vilayətində Ukrayna bölmələri ilə döyüşür. Avqustun 10-dan etibarən bölgədə antiterror əməliyyatı rejimi tətbiq olunur .
Gülayə Mecid