İki il yarım ərzində Ukrayna Qərb ölkələrindən 100 milyard dollardan çox maliyyə yardımı alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bəyanat yayıb.
Eyni zamanda, rəsmi Ukrayna üçün xarici maliyyələşdirmənin cari həcmlərinin ölkənin artan büdcə kəsirini ödəmək üçün kifayət etməməsindən şikayətlənib.
Onun sözlərinə görə, respublikanın dövlət xərclərinin, o cümlədən müdafiə xərclərinin əlavə maliyyələşdirilməsinə kritik ehtiyac var. Bu ilin sonuna qədər ölkənin səlahiyyətli orqanları 500 milyard qrivna (təxminən 1,2 milyard dollar) almaq üçün mənbələr tapmalıdırlar.
Gülayə Mecid