Ukrayna Silahlı Qüvvələri artıq cəbhədə Amerikanın F-16 qırıcılarından istifadə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"F-16 çox yaxşı nəticədir, bu barədə çox danışdılar. Biz F-16-ların köməyi ilə bəzi raketləri vurduq", - deyə Zelenski mətbuat konfransında qeyd edib. 

Onun sözlərinə görə, Ukraynanın kifayət qədər mövcud təyyarəsi yoxdur və ABŞ-də daha çox pilot yetişdirməyi planlaşdırır. 

Ağarza Elçinoğlu