İnquşetiyada hüquq-mühafizə orqanlarının əməkdaşlarına və pravoslav kilsələrinə hücumlar da daxil olmaqla, silsilə terror aktları törətməyə hazırlaşan 6 yerli sakin saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Saxlanma tədbirləri Nazran şəhəri və Kantışevo kəndində həyata keçirilib.
"Respublika hüquq-mühafizə orqanlarının əməkdaşlarına, habelə dini obyektlərə qarşı təxribat və terror aktları törətmək niyyətində olan 6 yerli sakin saxlanılıb",- məlumatda qeyd olunub.
Gülayə Mecid