Ukrayna ABŞ prezidenti Co Bayden üçün öz qələbəsi üçün dörd əsas məqamı özündə əks etdirən plan hazırlayıb.
"Unikal" xəbər verir ki, bunu RBC-Ukrayna agentliyinə müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyakın sözlərinə görə, planın bəndlərindən biri Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu olub. Müşaviri iddia edib ki, bu əməliyyat Ukrayna qoşunlarının lazımi resurslarla döyüş təmas xəttində hadisələrə nəzarət etmək qabiliyyətini göstərib.
Planın ikinci bəndi iqtisadi komponentə əsaslanır. Podolyak bildirib ki, Ukraynanın qalib gəlməsi üçün Rusiya Federasiyasına qarşı sanksiyaların effektivliyini təhlil etmək, həmçinin Avropa şirkətlərinin Rusiya bazarında işini davam etdirmək məsələsini həll etmək lazımdır.
O əlavə edib ki, Ukrayna həm də qələbə üçün NATO-dakı yerini və qlobal təhlükəsizliyin aydın strukturunu müəyyənləşdirməlidir. Podolyak digər məqam kimi Rusiyaya tərəfdaşlarının diplomatik təzyiqlərini qeyd edib.