235-ci Qarnizon Hərbi Məhkəməsi xüsusilə irimiqyaslı dələduzluqda şübhəli bilinən müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popovu həbs edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, istintaqın vəsatəti təmin edilib və Popov barəsində oktyabrın 29-dək həbs qətimkan tədbiri seçilib.

Məxfi məlumatların açıqlanması riski olduğundan məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.

Popov həbs olunduqdan sonra Butırka istintaq təcridxanasına göndəriləcək.

*** 14:02

Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Pavel Popova qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

İstintaqın məlumatına görə, 2021-ci ildən 2024-cü ilə qədər Popov Patriot Parkının inkişafı, saxlanması və istismarına cavabdeh olarkən maddi imtiyazlar alıb. Onun parkın direktoru Vyaçeslav Əhmədov və Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf üzrə Baş İdarəsinin rəis müavini, cinayət məsuliyyətinə cəlb edilmiş general-mayor Vladimir Şesterovla birgə hərəkət etdiyi bildirilir. 

Gülayə Mecid