Vaşinqton Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişə etməyi planlaşdırmır.
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Çin prezidenti Si Cinpinlə görüşü zamanı deyib.
"Bir daha qeyd etmək istərdim ki, Birləşmiş Ştatlar yeni soyuq müharibəyə can atmır... Tayvanın müstəqilliyini dəstəkləmir və Çinlə münaqişəyə girmək niyyətində deyil", - Sallivan ifadə edib.
Həmçinin, Çin sədri Si Cinpin qeyd edib ki, Çin və ABŞ sabitlik mənbəyinə çevrilməyə borcludurlar, çünki bu dövlətlər bütün dünya qarşısında cavabdehdirlər.
Gülayə Mecid