Belarus prezidenti Aleksandr Lukaşenko yalnız ölkələrinə hücum olacağı təqdirdə döyüşəcəklərini və ordunun ölkəni tərk etməyəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, Belarusun "Belta" xəbər agentliyinə açıqlama verib.
O, açıqlamasında "Ölkəmizi tərk etmək əmri olmayıb və olmayacaq. Yalnız bizə pis niyyətlə gəlsələr, döyüşəcəyik. Bu qədər",- deyə bildirib.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Belarusun təlim adı altında sərhəddə əsgər və texnika topladığını bildirib və sərhəd pozulacağı təqdirdə bütün hərbi hissə və obyektlərinin ordusunun hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.
Zərifə Nağıyeva