"Kiyevin Kursk bölgəsinə hücumundan sonra danışıqlardan söhbət getmir".
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O, Kiyev və onun Qərb himayədarları tərəfindən dəfələrlə rədd edilən və sabotaj edilən Rusiya Federasiyasının çoxsaylı sülh təşəbbüslərini xatırladıb.
"Bizim danışıqlara hazırlığımız heç kimdə şübhə yaratmamalı idi, baxmayaraq ki, əlbəttə ki, Kursk vilayətindəki avantüradan sonra bu mövzuda söhbətlər əhəmiyyətsizləşir", - Lavrov ifadə edib.
Gülayə Mecid