Rusiya müdafiə nazirinin keçmiş müavini, “Patriot Park”dakı korrupsiya işi üzrə saxlanılan general Pavel Popovun oğlu 2018-ci ildən 2020-ci ilə kimi internetdə hərbi texnika və geyimlərin satışı ilə məşğul olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
43 yaşlı Roman hərbi forma, ayaqqabı, bel çantaları, "Ops-Core" dəbilqələri, müxtəlif texnikalar və s. satışı işi ilə məşğul imiş.
Bildirilir ki, generalın oğlu qazandığı pulla Ximkidə təxminən 35 milyon rubl (651 min AZN) dəyərində 110 metrlik mənzil alıb.
Gülayə Mecid