Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib. Növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hava döyüşü zamanı F-16 təyyarələri öz yüksək effektivliyini nümayiş etdirib. Lakin növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.
"Qəzanın səbəblərini müəyyən etmək üçün Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisə yerində işləyir", - deyə məlumatda bildirilir.
*** 19:30
Qərbin verdiyi F-16 qırıcısı Ukraynada qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, insident təyyarənin pilotun səhvi nəticəsində baş berib. Qırıcının yerə çırpıldığı müəyyən olunub. Pilotun taleyi məlum deyil.
Nəşr yazır ki, kəşfiyyat qırıcının Rusiya raketi ilə vurulduğunu təsdiqləməyib.
Xatırladaq ki, Ukraynaya 6 ədəd F-16 qırıcısı verilib.