Ukrayna öz ərazisi vasitəsilə Rusiyanın “Lukoyl” şirkətindən neft nəqlini əngəlləməklə Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyini təhdid edir.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Zoltan Kovaçın ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Nazir [Siyarto] qeyd edib ki, Ukrayna Rusiyadan Macarıstana neft idxalının təxminən üçdə birini qanuni olaraq bloklamaqla Macarıstanın enerji təhlükəsizliyini təhlükə altına qoyur”.
Onun sözlərinə görə, XİN rəhbəri Slovakiyada oxşar vəziyyətə işarə edib, burada Rusiya neft idxalının demək olar ki, 45%-i Ukraynanın hərəkətlərindən təsirlənir.