Fransanın keçmiş prezidenti Fransua Olland amerikalı sahibkar İlon Maskı şeytanla müqayisə edərək, onun hazırkı prezident Emmanuel Makronla görüşünü xatırladıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Olland Maskın bəşəriyyətə yaxşılıq arzulamadığını deyib.
“Mən onun Yelisey sarayında qəbul edildiyini görəndə, sanki evinizə şeytanı dəvət etmisiniz, amma Emmanuel Makron bundan utanmır”, - deyə siyasətçi bildirib.