ABŞ prezidentliyinə namizəd Kamala Harrisin qonşuları Los-Ancelesin qərbindəki Brentvud şəhər anklavındakı evini satarsa, ona səs verməyə hazır olduqlarını bildiriblər.
"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Qəzetin qeyd etdiyi kimi, Demokratlar Partiyasından prezidentliyə namizədin qonşuları onların küçəsinin daim bağlanmasından, eləcə də Harrisin ətrafında təhlükəsizlik tədbirləri ilə bağlı müntəzəm tıxaclardan qıcıqlanırlar.
“Evini satmağa razı olarsa, biz ona səs verəcəyik”, - deyə qonşular bildirib.