"X" sosial şəbəkəsinin (keçmiş Twitter) işində problem yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən "Downdetector" portalı məlumat yayıb.
İstifadəçilərin 85%-i proqramda nasazlıqlar olduğunu bildirib, 11%-i serverə qoşula bilməyib, 4%-i isə sayta daxil olmaqda çətinlik çəkib.
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya, İspaniya və digər ölkələrdə də platforma ilə bağlı problemlər qeydə alınıb.