"Kristal Abşeron"un unikal layihələrindən biri olan Park Yasamalda sərfəli şərtlərlə satışlar sürətlə davam edir. Park Yasamal yaşayış kompleksi şəhərin əlverişli ərazisində yerləşərək göl mənzərəsi və sakinlər üçün tam təminatlı imkanları ilə diqqət çəkir.

Rahat yaşam axtaranlar üçün yaşayış kompleksi - Park Yasamal

Yaşayış kompleksi geniş yaşıllıq sahələri, klinika, məktəb, bağça, uşaq oyun meydançaları, idman zalları, alış-veriş mərkəzləri və digər ictimai obyektləri ilə sakinlərinə yüksək səviyyədə yaşayış imkanı yaradır. Şəhərin mərkəzində yerləşməsi onu hər kəs üçün ideal bir seçim halına gətirir.

Rahat yaşam axtaranlar üçün yaşayış kompleksi - Park Yasamal
 Hazırda Park Yasamalda mənzil satışları sürətlə davam edir. Yaşayış kompleksində istənilən tələbə uyğun mənzil seçimləri mövcuddur. Kompleksdə müştərilərə 42-51 m2 aralığında 2 otaq studiya, 55-58 m2 aralığında 2 otaq, 65-72 m2 aralığında 3 otaq studiya, 88-98 m2 aralığında 3 otaq, 107-108 m2  aralığında 4 otaq və daha böyük mənzillər təklif edilir. Şəhərin səs-küyündən uzaq, eyni zamanda şəhər mərkəzinə yaxın olan bu kompleks ev axtaranlar üçün əlverişli seçimdir.

Rahat yaşam axtaranlar üçün yaşayış kompleksi - Park Yasamal
Park Yasamalda mənzillər beynəlxalq standartlara cavab verən Avropa brendləri ilə təmir edilməklə sakinlərin uzunmüddətli rahatlığını təmin edir. Kristal Abşeronun digər şəhər layihələrində olduğu kimi, burada da mənzillərin təmirində Almaniyanın "Grohe" və "Hansgrohe" hamam aksesuarları, Amerikanın "Guardian Glass" pəncərə şüşələri, İtaliyanın "Prysmian" yanmayan kabelləri, Kanadanın "Coswick" parketləri və İtaliyanın "Gewiss" elektrik açarları və aksesuarları istifadə olunur. 

Rahat yaşam axtaranlar üçün yaşayış kompleksi - Park Yasamal
 
Mənzil satışları haqqında ətraflı məlumat üçün Kristal Abşeron şirkətinin rəsmi saytına daxil ola və ya çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Ətraflı:
*1544 / 050 448 00 00
www.kristalabsheron.az