Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb.
"Unikal"ın məlumatına görə, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılır.
Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb.
Xatırladaq ki, oxşar hal bir neçə gün əvvəl poliklinikalarda da baş vermişdi.
Seymur Əli