Gecə yatmazdan əvvəl yemək yeməyin ziyanlı olduğu bildirilib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, gec saatlarda yemək yeyən və kolonoskopiya edilən xəstələrdə xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi üzə çıxıb.
Mütəxəssislərin fikrincə, gecə gec saatlarda yemək yeyəndə beyin gecə olduğunu zənn edir, bağırsaqlar isə gündüz olduğunu qəbul edir və buna uyğun işləyir.
Bu vəziyyət də insanın sirkadiyen ritmini pozur.
Qeyd edək ki, gec saatlarda yemək yeyən insanların bağırsaqlarında adenoma tapılıb. Bu isə xərçəng deyil lakin onların 5-10 faizi zamanla xərçəngə çevrilir.
Fidan Nuriyeva