Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar.
"Unikal" xəbər verir ki, göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.
Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlara daha çox məsləhət görülür. Göbələklər immunitet sistemini gücləndirir, hüceyrə qocalması ilə mübarizə aparır, xolesterolu azaldır, maddələr mübadiləsini və bağırsaq sağlamlığını dəstəkləyir. Bütün bunlar həm də göbələyin tərkibində yaxşı minerallar, lif və vitaminlər olması, həmçinin antioksidant xüsusiyyətlərə malik maddələrlə zəngin olması ilə bağlıdır. Göbələklər, eyni zamanda:
- Qandakı xolesterinin səviyyəsini tarazlayır;
- Qan şəkərini və qan lipid səviyyələrini aşağı salır;
- Orqanizmdə iltihabı azaldır;
- Sizi tox tutaraq arıqlamağa kömək edir;
- Maddələr mübadiləsini və hüceyrə funksiyalarını dəstəkləyir;
- Sümük sağlamlığına töhfə verir;
- Bədənin su-elektrolit balansını qoruyur;
- Saç, dırnaq və diş sağlamlığı üçün faydalıdır;
- İmmuniteti gücləndirir;
- Hüceyrə yaşlanmasına qarşı mübarizə aparır;
- Bağırsaq sağlamlığını dəstəkləyir.
Zərifə Nağıyeva