Venesuela məhkəməsi iyul ayında keçirilən seçkilərdə qalib gəldiyini iddia edən müxalifət lideri Edmundo Qonzalesin həbsinə order verib.

"Unikal" xəbər verir ki, Venesuelanın Ali Məhkəməsi prezident Nikolas Maduronun 50 faizdən çox səslə seçkilərdə qalib gəldiyinə qərar verib.

Lakin müxalifətin dərc etdiyi seçki qutularının protokolları Qonzalesin seçkilərdə qalib gəldiyini göstərir.

Baş prokuror Tarek Saab həbs qərarının fotosunu "Telegram" mesajlaşma platforması vasitəsilə paylaşıb. Qonzales səlahiyyətləri mənimsəmə, dövlət sənədlərini saxtalaşdırma və sui-qəsddə ittiham olunur. 

Qonzalesin həbsinə dair orderdə, nəticələri şübhə altına alınan seçkilərdən sonra hökumətin müxalifətə münasibətinin xeyli sərtləşdiyi vurğulanıb. 

Qonzalesin sözçüsü həbs qərarı almadıqlarını bildirib. Beləliklə,  müxalifət qanunsuzluqlarla bağlı iddiaları rədd edir.

Gülayə Mecid