Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müraciəti əsasında araşdırma aparılaraq sözügedən məsələyə hüquqi qiymət veriləcək:
"Bir daha xatırladırıq ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi hüquqazidd əməldir.
Belə hallara qarşı DYP tərəfindən mütəmadi olaraq kəsərli mübarizə tədbirləri aparılır və bu kimi kobud qayda pozuntuları aşkarlandığı təqdirdə qanunda nəzərdə tutulmuş ən sərt inzibati tənbeh tətbirləri tətbiq edilir".
Murad İbrahimli