Aİ-nin Ermənistandakı müşahidə missiyası məsələsi Ermənistanla Aİ arasında müzakirə olunacaq məsələdir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamenti Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan açıqlayıb. 

"Aİ müşahidəçiləri Ermənistan ərazisində yerləşdirilib və sərhədin Ermənistan tərəfinə nəzarət edirlər, ona görə də Ermənistan tərəfi Aİ müşahidəçilərinin nə vaxt, nə qədər müddətə və hansı heyətlə iştirak etməsinə qərar verməlidir. Sülh sazişi bağlandıqda və sərhədlərin demarkasiyası prosesi başa çatdıqda, həmçinin regional sülh yarandıqda, monitorinqin aparılmasına ehtiyac olmaması məntiqli ola bilər, lakin hazırda belə bir sual təbii olaraq müzakirə olunmur", - deyə deputat qeyd edib. 

Xandanyanın sözlərinə görə, Sülh Müqaviləsi hər hansı platformada imzalana bilər: "Hansısa formatda ikitərəfli imzalamaq olar, üçüncü tərəfdaşın ölkəsində imzalamaq olar, istənilən variant istisna edilmir. Dəyər verdiyimiz prinsipləri imzalamaq bizim üçün prioritetdir". 

Ağarza Elçinoğlu